"Nacional"ın rəhbəri Salome Zurabaşviliyə 15 min ianə köçürüb
“Gürcü Arzusu”tərəfindən dəstəklənən prezidentliyə namizəd Salome Zurabişvili 2018-ci ilin 10-15 oktyabrında ianə şəklində 848 244 lari alıb.
İanəçilər arasında əsasən 2012-ci ilin parlament seçkilərinə qədər “Vahid Milli Hərəkata” pul köçürən “Gürcü Arzusu”nun ianəçiləri yer alır.

Zurabişvilinin ianəçiləri arasında bir çox biznesmenlər var. Məsələn, prezidentliyə namizədə benzin dayanacağı “Nacional”ın, “C+P Universal” və “Qrin Qaz” MMC-in rəhbəri Qia Adamia 15 min lari köçürüb. Adamianın “C+ Universal” MMC tərəfdaşı Kaxaber Latariya “Vahid Milli Hərəkata” 2012-ci ildə 60 min lari köçürüb. Latariya eyni məbləğdə ianəni 2016-cı ildə “Gürcü Arzusuna” da köçürüb.

Salome Zurabişviliyə 2018-ci ilin prezident seçkilərinin təbliğat kampaniyasının başlamasından bu günə qədər (28 avqustdan 17 oktyabra qədər) 3 milyona qədər lari ianə göstərilib. Bu isə başqa namizədlərə köçürülən pulun ümumi dəyərindən çoxdur

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google