“Gürcü Arzusu”tərəfindən dəstəklənən prezidentliyə namizəd Salome
Zurabişvili 2018-ci ilin 10-15 oktyabrında ianə şəklində 848 244
lari alıb.
İanəçilər arasında əsasən 2012-ci ilin parlament seçkilərinə qədər
“Vahid Milli Hərəkata” pul köçürən “Gürcü Arzusu”nun ianəçiləri yer
alır.
Zurabişvilinin ianəçiləri arasında bir çox biznesmenlər var.
Məsələn, prezidentliyə namizədə benzin dayanacağı “Nacional”ın,
“C+P Universal” və “Qrin Qaz” MMC-in rəhbəri Qia Adamia 15 min lari
köçürüb. Adamianın “C+ Universal” MMC tərəfdaşı Kaxaber Latariya
“Vahid Milli Hərəkata” 2012-ci ildə 60 min lari köçürüb. Latariya
eyni məbləğdə ianəni 2016-cı ildə “Gürcü Arzusuna” da köçürüb.
Salome Zurabişviliyə 2018-ci ilin prezident seçkilərinin təbliğat
kampaniyasının başlamasından bu günə qədər (28 avqustdan 17
oktyabra qədər) 3 milyona qədər lari ianə göstərilib. Bu isə başqa
namizədlərə köçürülən pulun ümumi dəyərindən çoxdur