“Rustavi 2” telekanalı yeni audio qeydlər yayımlayıb. Kanala əsasən
qeyddə Xorava küçəsinin işi ilə bağlı cinayətin xəbər verilməməsi
üçün saxlanılan prokurorluğun keçmiş məmuru Mirza Subeliani,
Mestiadan olan keçmiş deputat Viktor Caparidze və Subelianinin
etibarı ilə təmin edilən şəxs David Suxişvili danışırlar.
Telekanalın məlumatına görə, Subeliani müxtəlif şəxsləri xatırlayır
və qeyd edir ki, onlarda material da var.
Onlardan biri keçmiş cəzaçəkmə müəssisələri naziri Kaxi
Kaxişvilidir. Subeliani qeydə əsasən ondan həbsxanada xüsusi şərait
tələb edirmiş və gizli qeydlərlə şantaj edirmiş.
“Rustavi 2”-yə əsasən Subeliani polisə təslim olana qədər nazir
Kaxa Kaxişvili ilə görüşüb və kamerada xüsusi şərait yaradılmasını
tələb edib, əks halda isə 2013-cü ildə yazılmış qeydləri
yayımlayacağı ilə onu hədələyib.
Qeyddə “Rustavi 2”-nin Mirza Subeliani olaraq qeyd etdiyi şəxs
deyir ki, “Gürcü Arzusu” üçün Mixeil Saakaşvilini neytrallaşdırmağa
hazırdır:
“Vapşe məni buraxın Mişanı öldürəcəm. Üç dörd ay
hazırlayacam... Vapşe, silahdan istifadə etməyəcəm elə öldürəcəm.
Nəisə edəcəm. İki variant var. Ya öldürməliyəm ya da çalışmalıyam.
Onunla çalışmaq istəmirəm təklifləri məni cəlb
etmir”.
Qeydəə Sozar Subarinin soyadı da eşidilir – “Rustavi 2”-yə əsasən
Subeliani deyir ki, Suberiya Subelianini “kontrol edən” şəxsdir,
ancaq Subeliani deyir ki, onların yolu ayrılacaq.
“Qardaşım məni saxlayan yeganə faktor idi. Bu Sozar
faktorudur, bu gün bu faktor da yoxdur. Bu baxımdan yoxdur ki, mən
gedəcəm və ona izah edəcəm. O, özü ürəyi qırıqdır, o, məndən çox
həyəcanlanırdı və deyəcəm ki, Sozar, sənin xətrinə dəyməsin,
qardaşım, bizim yollarımız ayırlacaq. Mən nə edəcəyimi özüm
bilirəm”.
Netgazeti müstəqil olaraq qeydlərin originallığını yoxlamayıb.