Gürcüstan tərəfi Patarkatsişvilinin işi ilə bağlı qeydlər haqqında məlumat verməyib - ingilis polisi

Gürcüstan tərəfi Badri Patarkatsişvilinin qətlinin hazırlanması işi çərçivəsində 2016-cı ildə alınan qeydlər barədə Britaniyaya məlumat verməyib.

Bu haqda “OC Media” Britaniya polisinə istinadən məlumat yayıb.

"Biz bu hadisələrlə bağlı Gürcüstan rəsmiləri Sar [İngilis qraflıqlarından biri] polisi ilə əlaqə saxlamayıb, lakin biz [gələcəkdə] onlar tərəfindən məlumatların paylaşılmasını alqışlayarıq” – Britaniya tərəfi bildirib. Onların məlumatına görə, son hadisələr barədə mətbuat orqanlarından xəbər tutublar.

Cavab olaraq Gürcüstan Baş Prokurorluğundan “OC Media”ya bildiriblər ki, qətlin hazırlanması ssenarisi və ölüm birbaşa əlaqəli deyil.

"Bu ikisi tamamilə fərqli məsələdir. Bu qətlin hazırlanması barədə işdir ki, bunda da dörd nəfər ittiham olunur," – Prokurorluqdan bildiriblər.

 


წყარო: ნეთგაზეთი

Print Email
FaceBook Twitter Google