Zurabişvili – 27%; Vaşadze – 10%; “Gürcü Arzusunun” daxili araşdırmasının nəticələri
“Gürcü arzusunun” liderlərdindən biri Mamuka Mdinaradze bu gün, 18 oktyabrda prezidentlik namizədinin reytinqi haqqında hazırlanmış partiyanın daxili araşdırmasının nəticələrini ictimailəşdirib.

Araşdırmaya əsasən Salome Zurabişvilini dəstəkləyənlərin sayı 27%, Qriqol Vaşadze – 10%, Davit Bakradze isə 9% -dir.

Başqa namizədləri isə sorğulannaların 6 faizi dəstəkləyir, 48 faiz seçkilərə getməyi planlaşdırmıd və ya qərar verməyiblər.

Mdinaradzenin bəyanatına görə, alokasiya metodu ilə aparılmış araşdırma seçkilərə qədər olan nəticəni göstərir, Zurabişvilinin 53 faizlik dəstəyi var və o, birinci turda qalib gələcək. “Gürcü arzusunun araşdırmasına görə” Qriqol Vaşadze 19, Davit Bakradze 17 faiz tərəfindən dəstəklənir. Başqa namizədlərə gəldikdə isə araşdırmaya əsasən 11 faiz dəstəkləri var.

İlk əvvəl partiya araşdırmanın nəticələrini natamam, metodologiyası olmadan, sorğulananların sayının qeyd etmədən yayımlayıb və buna görə "Netgazeti" göstəriciləri səhifədən silib.

Qeyd olunan haqqında məlumatı Gürcü Arzusunun mətbuat xidmətindən axşam saatlarına ala bildik. Metodologiya haqqında məlumatları təqdim edirik.


Araşdırma necə keçirilib? – metodologiya

“Gürcü Arzusunun” məlumatına görə, ictimai fikirin araşdırılması siyasi birlik Gürcü Arzusu – Demokratik Gürücstanın sifarişi ilə keçirilib, “psixoproekt” mərkəzi həyata keçirib.

“Psixoproektin” direktoru və 100%-lik hissəs sahibi isə psixoloq Zurab Biqvavadır. O, Bidzina İvanişvilinin keçmiş müşaviridir.
Partiyanın məlumatına görə, sorğu zamanı təsdüfən seçmə və canlı müsahibə metodu ilə Gürcüstan miqyasında 18 yaş və daha yuxarı yaşlı 3000-ə qədər müsahib sorğulanıb.

Araşdırmanın səhv olması ehtimalı +/- 2.5%-dır.

İşlər 2018-ci ilin 9-17 oktyabrında gedirdi, göstəricilər isə bütün sorğulananların cavabına uyğun olan anketdən ibarətdir.

“Göstəricilərin analizi zamanı onların yoxlanması oldu ki, müsahibin ölkə və demoqrafiya parametrlərinə görə bölünməsi olmasın” – yazıb partiya netgazetiyə.


Ona qədər isə seçicilərin əhval ruhiyyəsi haqqında araşdırmanı Rustavi 2 və Avropalı Gürücstan yayımlamışdı, ona əsasən Salome Zurabişvilidən daha çox Davit Bakradzenin və Qriqol Vaşadzenin daha yaxşı nəticələri var.



Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google