10 mərkəz texniki baxışa dair saxta sənəd verirmiş – istintaq xidməti
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, texniki müfəttişliyin 10 mərkəzi yoxlayışdan müsbət keçdiyinə dair saxta sənəd verirmiş.
İstintaq xidmətinin dediyinə görə, bu mərkəzlər Tbilisidə, Sameqrelo-Zemo Svanetidə, Kaxetidə, İmeretidə və Mtsxeta-Mtianetidə yerləşirmiş.

Maliyyə Nazirliyinin istintaq xidmətindən bildirirlər ki, bu mərkəzlər texniki olaraq idarə olunmayan avtomobil vasitələrinə texniki baxışa dair müsbət hesabatlar verirlərmiş. Onların məlumatına görə, indiki mərhələdə istintaq və müvafiq ekspertiza gedir.

İşlə bağlı CM-nin 362-ci maddəsinin ikinci və 221-ci maddəsinin dördüncü hissələri ilə istintaq başlayıb, maddə 4 ildən 6 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.
Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google