Cvari aşırımında bütün növ nəqliyyatların hərəkəti qadağan olunub
İntensiv yağan qar və qar uçqunu təhlükəsi ilə əlaqədar olaraq Cvari aşırımında bütün növ nəqliyyatların hərəkəti qadağan olunub. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, qadağa avtomobil yolunun 93-cü kilometrliyindən 107-ci kilometrliyinədək şamil olunur.

Mleta-Qudauri ərazisində yalnız qoşqulu və yarımqoşqulu nəqliyyatların hərəkəti qadağan olunub. Minik maşınlarının hərəkətinə isə sürüşmə əleyhinə zəncirdən istifadə etməklə icazə verilir. Yolun bu hissəsində iki və daha artıq körpüsü olan maşınların hərəkəti sərbəstdir.

Avtomobillərin hərəkətini Daxili İşlər Nazirliyi Patrul Polisi Departamentinin əməkdaşları tənzimləyirlər.
Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google