Xarici İşlər Nazirliyinin Azərbaycanda saxlanılmış Mirtağı Əsədovla bağlı şərhi
Xarici İşlər Nazirliyindən bildirirlər ki, Gürcüstanın Azərbaycandakı konsulluğuna Gürcüstan vətəndaşı Mirtağı Əsədovun saxlanılması ilə bağlı Azərbaycan hakimiyyətindən heç bir məlumat daxil olmayıb. Lakin konsulluq “ailə ilə müntəzəm əlaqə saxlayır və bu məsələ üzərində çalışır”, - Xarici İşlər Nazirliyindən “Liberal”a Mirtağı Əsədovun saxlanılması ilə bağlı bildiriblər. Nazirliyin məlumatına görə, bu mərhələdə əlavə heç nə deyə bilmirlər.

Sosial şəbəkədə petisiya yayımlanıb. Petisiyada Gürcüstan hakimiyyətinin bu vaxta qədər öz vətəndaşının hüquqlarını qorumaq üçün heç nə etmədiyi qeyd olunub.

Yayılmış məlumata görə, Gürcüstan vətəndaşı olan şeyx Mirtağı Əsədov 2018-ci ilin 7 noyabr tarixində Gürcüstan-Azərbaycan sərhədində Azərbaycan polisi tərəfindən saxlanılıb.

Bazar ertəsi Azərbaycan polisi Əsədovun ailəsinə Azərbaycan məhkəməsinin hökmünü təqdim edib. Həmin hökmdə Mirtağı Əsədovun sərhəddən 533 kilometr uzaqda, Bakı şəhərində saxlanıldığı qeyd olunub.

Petisiyanın mətnində Azərbaycan tərəfinin heç kəsə Əsədovla görüşmək üçün icazə vermədiyi yazılıb.

Mənbə: liberali.ge
Print Email
FaceBook Twitter Google