Rahat yatmaq üçün nə etməliyik?
Alimlər müəyyən ediblər ki, gün ərzində 6 saatdan az yatan insanlarda insult riski yüksəkdir.
Hətta tamamilə sağlam adamlar da bu qrupa daxildir. Araşdırmalar zamanı amerikalı alimlər düz üç il, yaşları 45-dən yuxarı olan 5000 nəfəri izləyiblər. Məlum olub ki, gündə altı saatdan az yatanlarda tez-tez keyləşmə, bədənin bir tərəfində zəiflik, baş fırlanması, görmə qabiliyyətinin müvəqqəti itməsi, özünü şifahi və yazılı formada izah edə bilməmək kimi əlamətləri müşahidə olunur.
Alimlərin gəldiyi nəticəyə görə yuxu çatışmazlığı yaş, çəki və yüksək qan təzyiqindən daha çox insult riskinə aparır.

Gecə rahat yatmamaq qan şəkərini yüksəldir, depressiyaya meyilli vəziyyət yaradır. Yuxusuzluq yaddaşa, ürək və digər orqanlara təsir edərək stressə səbəb olur.

Günlük işləriniz və sıxıntılı vəziyyətlərinizi qaydaya salıb və sağlamlığınızı düşünərək ən az 7 saat yatmaq vacibdir.
Yatmağınızı daha da rahatlaşdırmaq üçün tövsiyyələr: Duş alın, dişlərinizi fırçalayın, işıqları söndürün.
Əgər evdəsinizsə, qəfil yuxunuz gəlsə, mütləq həmin an bütün işlərinizi buraxıb yatın. Əks halda, gecəni narahat və gec yata bilərsiniz..
Yeni yuyulmuş yastıq üzü və yataq dəstlərindən istifadə edin.

Düzgün yastıq seçin: Yastıq yumşaq olmalıdır, ancaq çox yüksək olmalı, boynunuzu dəstəkləməli şəkildə olmalıdır, alergiya yaratmamlı və elə yastıq olmalıdır ki, yuyula bilsin. Yastıqda nə qədər boynunzu rahat şəkildə qoya biləcəksinzisə bir o qədər də, gecəni rahat yatacaqsınız. Və boyun ağrılarınız olmayacaq.

Rahat yatmaq üçün axşam saatlarında bunları yeyə bilərsiniz:

Bir ovuc çərəz

Meyvə

Süd

Pəncərələrinizə qalın pərdə taxın. Çöldəki işıqlar sizin yatmağınıza mane ola bilər.

Mənbə: Reaksiya.az
Print