DİN Xelvaçauridə baş vermiş avtoqəzanın iştirakçısı olan sürücünü həbs edib
21:44 / 20.11.2018
DİN-in Acarıstan Polis Departamentinin Xelvaçauri rayon
idarəçiliyinin əməkdaşları aparılan əməliyyat nəticəsində 1989-cu
il təvəllüdlü Q.S-nı
nəqliyyat hərəkətinin təhlükəsizliyi və ya ekspluatasiyası
qaydasının pozulması ittihamı ilə saxlanılıb.
İstintaqla müəyyən edilib ki, ittiham olunan şəxs cari ilin 18
noyabrında gecə, öz avtomobili ilə Xelvaçauridə Carnali-Axalsopeli
avtomobil yolunda hərəkət edirmiş və piyadalar - 1970-ci il
təvəllüdlü C.S və 1962-ci il təvəllüdlü D.Q-nı vurub və hadisə
yerindən qaçıb.
C.S. yerində dünyasını dəyişib və D.Q isə xəstəxanaya
yerləşdirilib. Polis itiiham olunanı hakimin hökmünə əsasən həbs
edib.
Sübut olaraq hadisədə iştirak edən avtomobil götürülüb. Saxlanılan
şəxs onu gizlətmək məqsədi ilə hissələrini söküb.
İstintaq CM-nin 276-cı maddəsinin 5-ci hissəsi ilə gedir. Maddə yol
hərəkəti təhlükəsizliyinin və ya ekspluatasiya qaydasının pozulması
faktının insan ölümü ilə nəticələnməsini nəzərdə tutur.