21 noyabr üçün ulduz falı
Qoç -
ailə üvləri ilə təmaslarda emosional olmayın. Hisslərinizi
cilovlamasanız, planları dəyişmək məcburiyyətində qalacaqsınız.
İşdən icazə alın, ailə qayğısını çözün. Ailə üzvləri sizə
güvənirlər.
Buğa - sakit ritmlə işləsəniz, tələskənliyə yol verməsəniz, bütün
işlərin öhdəsindən gələ bilərsiniz. Maliyyə məsələlərinin həllində
uğurlu irəliləyişlər ola bilər. Yeni gəlir mənbələri arayın. Bel
bağladığınız insanlardan dəstək alacaqsınız.
Əkizlər - daşınmaz əmlakla bağlı məsələlərin effektiv həlli üçün
əlverişli zamandır. Təmir, yaşam arealının yaxşılaşdırılmasına
başlamaq olar. Yeni mebel almaq üçün münasib vaxtdır.
Xərçəng - yalnız ideyaları ön plana çəkməyin. Planlaşdırılmış
fəaliyyət olmadan işlərdə önəmli uğurlara nail olmaq mümkün deyil.
Əks təqdirdə bir müddət sonra yerinizdə saydığınızı görəcəksiniz.
Əhvalınız dəyişə bilər.
Şir - pozitiv düşüncə tərzi, qüvvələrinizə inam uğurunuzun
rəhnidir. Yaxın ətrafınızdakı insanlar arasında biri yaxın
tərəfdaşınız ola bilər. Yardım və dəstək olmadan bugünkü işlərin
öhdəsindən gələ bilməyəcəksiniz.
Qız - ətrafınızdakı insanlarla davranışda eqoist olmayın. Unutmayın
ki, eqosentrizm yaxşı heç nə vəd etmir. Səmimiyyət can atdığınız
nəsnəni asanlıqla əldə etməyinizin əsas şərtidir. Məqsədə çatmaq
üçün nəyisə qurban verməlisiniz.
Tərəzi - gərəkli informasiyanı uzun müddətdən bəri tapa
bilmirsinizsə, onu alternativ mənbələrdə arayın. Yaradıcılıq
fəaliyyəti o qədər də yaxşı deyil. Yaxın ətrafınızdakı insanlar
sizi layiq olduğunuz səviyyədə dəyərləndirmirlər.
Əqrəb - yeniliklərin əxz olunması və yeni biliklərin əldə edilməsi
üçün əlverişli zamandır. Fəaliyyət arealının genişləndirilməsinə
ehtiyac duyulur. Bir qədər tək qalın, müstəqil çalışın. Bu minvalla
təhlükəsizlik hissini gücləndirə bilərsiniz.
Oxatan - işgüzar fəaliyyət müstəvisindəki vəziyyət birmənalı deyil.
Narahatlıq, nigaranlıq hissləri sizdə şübhələndiyiniz adamı ifşa
etmək istəyi yarada bilər. Belə situasiyanı obyektiv izah etmək
asan deyil. Axı böhran üçün heç bir obyektiv səbəb yoxdur.
Oğlaq - diqqət mərkəzində olacaqsınız. Yaxın ətrafınızdakı insanlar
sizə qayğı ilə yanaşırlar. Onlar sizi tərifləyəcək, ideya və
layihələrinizdə dəstəkləyəcəklər. Lakin bu durumdan sui-istifadə
etməyə, ifrat dərəcədə yararlanmağa çalışmayın.
Dolça - yaxın ətrafınızdakı insanların qeydinə qalın. Başladığınız
işlərə onları da cəlb edə bilərsiniz. Səxavətli olun, qayğınızı və
səmimiyyətinizi dəyər verdiyiniz insanlardan əsirgəməyin. Maliyyə
məsələlərində isə emosiyalara uymayın.
Balıqlar - bu yaxınlarda qəbul etdiyiniz qərarlar və əməlləriniz o
qədər də xoş olmayan nəticələr yaradıb. Haqqınızda şayiələr
yayanlar var. Köhnə borcu qaytarın. Yaxın ətrafınızdakı insanların
davranışlarını diqqətlə müşahidə edin. Vəziyyəti münaqişə həddinə
çatdırmayaraq problemi həll etməyə çalışın.