Obça kəndində 12 saatlıq əməliyyat nəticəsində su quyusuna düşmüş kişinin cəsədi çıxarılıb
Bağdati rayonunun Obça kəndində Fövqəladə
Halların İdarəolunması Agentliyinin xilasedicilərinin apardığı 12
saatlıq əməliyyat nəticəsində su quyusuna düşmüş kişinin cəsədi
çıxarılıb.
Fövqəladə Halların İdarəolunması Agentliyinin
məlumatına görə, 43 yaşlı kişi quyunu təmizlədiyi zaman uçan torpaq
kütləsinin altında qalıb.
Xilasetmə əməliyyatı zamanı torpaq uçması təhlükəsi olduğuna görə
paralel olaraq 15 metrlik quyunun kənarlarının bərkidilməsi işləri
də aparılırdı.
Hadisə yerinə üç yanğınsöndürən-xilasedici qrupu cəlb
olunmuşdu.