“Hakimiyyətin - bədənin bir əlinin digər əl tərəfindən törədilmiş cinayətin araşdırılacağını düşünmürəm” - Aleko Elisaşvili saxta şəxsiyyət vəsiqəsinin hazırlanması ehtimalı barədə
“Hakimiyyətin - bədənin bir əlinin digər əl tərəfindən törədilmiş cinayətin araşdırılacağını düşünmürəm. ” Bu barədə “Palitranyus” kanalına Aleko Elisaşvili bildirib.

Elisaşvili vurğulayıb ki, Salome Zurabişvilinin xeyrinə saxta şəxsiyyət vəsiqələrinin hazırlanması ehtimalı barədə məlumatı etibarlı və hörməti olan qeyri-hökumət təşkilatları yayıblar.

“Hakimiyyətin belə bir məsələdə iştirakı ehtimalı çox narahatedici və iyrənc xəbərdir. Ümid edirəm ki, prokurorluq etməsə belə qeyri-hökumət təşkilatları və mətbuat məsələyə aydınlıq gətirə biləcək”, - Aleko Elisaşvili qeyd edib.

Xatırladırıq ki, qeyri-hökumət təşkilatları hüquq mühafizə orqanlarına müraciət edib və seçkilərin saxtalaşdırılması ehtimalı ilə maraqlanmağa çağırıb.

Qeyri-hökumət təşkilatları "Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası", “Beynəlxalq Şəffaflıq - Gürcüstan” və “Ədalətli Seçkilər” mətbuat konfransı keçiriblər və seçkilərin saxtalaşdırılması ehtimalı və qeyri-qanuni yolla saxta sənəd hazırlanması barədə danışıblar. Məsələ ilə bağlı prokurorluq istintaqa başlayıb.

Print Email
FaceBook Twitter Google