Seyidqocalı kəndində qətl törədən şəxs azadlıqdan məhrum edilib
Qəsdən qətl törətməkdə ittiham olunan şəxs 10 il müddətinə azadlıqdan məhrum edildi.
Rustavi Şəhər Məhkəməsi prokurorluq tərəfindən təqdim edilmiş dəlillərlə razılaşıb və qəsdən qətl törətməkdə ittiham olunan T.V.-ni günahkar bilib. Bu barədə jurnalistlərə Gürcüstan prokurorluğundan məlumat verilib.

Prokurorluğun məlumatına görə, məhkəmə prosesində araşdırılmış dəlillər ilə 5 may 2018-ci il tarixində axşam saatlarında Marneuli rayonu Seyidqocalı kəndində T.V.-nin qarşılıqlı mübahisə zəminində ov tüfəngindən açdığı atəş nəticəsində N.V.-ni qətlə yetirdiyi, cəsədi yarğana atdığı və hadisə yerindən qaçıb gizləndiyi sübuta yetirilib.

Hüquq mühafizəçiləri T.V.-ni 5 avqust 2018-ci il tarixində Marneuli rayonunun Seyidqocalı kəndində saxlayıblar. Ona qarşı Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham irəli sürülüb və ilkin tədbir olaraq azadlıqdan məhrumetmə cəzası verilib.

Rustavi Şəhər Məhkəməsi T.V.-ni irəli sürülmüş ittihamlarda günahkar bilib və 10 il müddətinə azadlıqdan məhrum edib.

Mənbə: tv4.ge
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər