Abaşada patrul polisi əməkdaşını yaralayıblar
Abaşa bələdiyyəsinin Qezati kəndində patrul polisi əməkdaşını vəzifə səlahiyyətlərini yerinə yetirərkən soyuq silahla yaralayıblar. O, Kutaisi xəstəxanasına aparılıb. Əldə olunan məlumata görə, digər patrul polisi əməkdaşı da yaralanıb, ancaq onun yarası kiçik sıyırıqdan ibarətdir.

“Cinayətdə ittiham olunanın şəxsiyyəti müəyyənləşib və onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam edir. Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirməni nəzərdə tutan 117-ci maddəsi ilə istintaq davam edir”, – Daxili İşlər Nazirliyindən bildirilir.


Print Email
FaceBook Twitter Google