Patriarxdan tutmuş hər kəs “səslərin oğurlandığını” qəbul edir – Saakaşvili
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili seçkilərlə bağlı İkinci İlyanın xütbəsinə münasibət bildirib. Onun dediyinə görə, patriarxdan tutmuş “hər kəs səslərin oğurlandığını qəbul edir”.

“Patriarxdan tutmuş sadə vətəndaşlara qədər hər kəs qəbul edir və deyir ki, “səslər oğurlanıb”... Oğurlayıblar, nəticəni qəbul etməliyik??? Heç vaxt!!! Heç cəhd də etməyin! Cavab olacaq, özü də güzəştsiz!” – o, "Facebook" səhifəsində yazıb.

9 dekabr tarixində xütbə zamanı Gürcüstan Pravoslav Kilsəsinin patriarxı seçkilərdə aşkar olunmuş pozuntular barədə yayılmış məlumatlara toxunub və belə dəyərləndirib:

“Səslərin oğurlanması ilə bağlı tez-tez eşitmək olurdu. Salome xanım oğurlamayıb ki, yenə də biz oğurlamadıq? Yenə də bizim çatışmazlığımızdır. Seçkilər vaxtı bir səs belə artıq olsa, həmin adam qalibdir”, – patriarx deyib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər