İrqi ayrı-seçkilik motivli aksiyanın iştirakçıları xaricilərin Ədliyyə Evinə girməsinə mane olurlar
Tbilisi Ədliyyə Evi qarşısında irqi ayrı-seçkilik motivli aksiya keçirilir. Aksiya iştirakçıları etnik qeyri-gürcü insanlara ədliyyə evinə girməyə mane olurlar və xidmətlərdən yararlanmağa imkan vermirlər. Onlar dəri rənginə görə kimin etnik gürcü olduğuna, kimin gürcü olmadığına qərar verirlər.

Aksiya keçirən vətəndaşlar Türk və İranlı şəxslərə qarşı xüsusilə aqressiv davaranışları ilə seçilirlər. Bir halda İspaniyalı şəxsi müsbət qəbul ediblər, onun həyat yoldaşının İranlı olduğunu eşitdikdə Ədliyyə Evinə girməyə icazə verməyiblər.



Ədliyyə Evinin ikinci girişinin sakinlər üçün açıq olmasına baxmayaraq içəri girmək çətinləşib. Gürcüstan vətəndaşları üçün də problemlər yaranıb. Ədliyyə Evi qarşısına getmiş bir şəxslərdən biri “On.ge”-yə bildirib ki, onu mənzildən çıxarırlarmış və sənədləri qaydaya salmalı imiş. İşdən isə yalnız bu gün üçün icazə veriblər, lakin aksiya iştirakçıları ona içəri keçməyə imkan vermirlər.

“On.ge” şəxsiyyət vəsiqəsi almaq üçün işdən bir neçə saatlığa icazə almış daha bir şəxslə də söhbət edib. O, bildirib ki, aksiya iştirakçılarının qoyduqları “qayda” üzündən içəri keçə və sənədləri təhvil verə bilmir.





Mənbə: On
Print Email
FaceBook Twitter Google