Kiyevdə Gürcüstan vətəndaşları qarət ittihamı ilə saxlanılıb
Kiyevdə Gürcüstan vətəndaşları qarət ittihamı ilə saxlanılıb. Kiyev prokurorluğunun məlumatına əsasən Gürcüstan və Ukrayna vətəndaşlarının üzvü olduğu cinayətkar quruplaşma, qarət hücumu sonrası saxlanılıblar.

Xüsusi əməliyyat nəticəsində Kiyev Polisi cinayətkar qruplaşmanının 3 üzvünü saxlayıb. Qaçmağa cəhd edən bir nəfər isə yaralanıb.

Axtarış zamanı, odlu silah və qumbara aşkarlanıb. Bu mərhələdə saxlanılan şəxslərin kimliyi barədə məlumat verilmir.

Mənbə: rustavi2
Print Email
FaceBook Twitter Google