“Tsiskvili” restoranında qanlı hesablaşma – yaralanmış indiki və keçmiş yüksək vəzifəli məmurlardan biri ağır vəziyyətdədir
“Tsiskvili” restoranında qanlı hesablaşma – yaralanmış indiki və keçmiş yüksək vəzifəli məmurlardan biri ağır vəziyyətdədir. O, hal-hazırda reanimasiya şöbəsində qalmaqdadır. İki nəfər isə özünü nisbətən yaxşı hiss edir.

Versiyalardan birinə görə, hücum edən şəxs 2 illik həbsdən sonra bu yaxınlarda azadlığa çıxmış Qiorqi Kançavelidir. O, yüksək vəzifəli məmurları – Cəzaçəkmə Departamenti rəhbərinin keçmiş müavini Zviad Mixanaşvili, Həbsxanalara Nəzarət Xidmətinin iki yüksək vəzifəli məmuru Çabua Quşaraşvili və İrakli Çitanavanı elə yaralayıb ki, restoranın mühafizə xidməti reaksiya göstərməyə macal tapmayıb. Polis isə çağırışa gecikdiyindən bıçaqla silahlanmış keçmiş məhbus ərazini problemsiz tərk edib.

Sağlamlığa qəsdən ağır xəsarət yetirmə maddəsi ilə istintaq davam edir. Hüquq mühafizəçilərinin cinayətkarın axtarışı əməliyyatları hələki nəticə verməyib.

Mənbə: rustavi2
Print Email
FaceBook Twitter Google