Bir ölü, dörd yaralı – Zuqdididə baş vermiş yol nəqliyyat hadisəsi insan itkisi ilə nəticələndi
Zuqdidi bələdiyyəsinin Tsiaşi kəndi yaxınlığında iki avtomobilin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, 4 nəfər isə yaralanıb. Yaralılar Zuqdidi referal xəstəxanasına yerləşdiriliblər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, baş vermiş qəza ilə bağlı Cinayət Məcəlləsinin nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması nəticəsində insan həyatının itirilməsini nəzərdə tutan 276-cı maddəsinin 5-ci hissəsi ilə istintaq başlayıb. Həmin maddə üç il müddətinə vəzifədən uzaqlaşdırmaqla və ya işləmə hüququndan məhrum edilməklə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Mənbə: newposts.ge
Print Email
FaceBook Twitter Google