Bu qidalarla saçınız öz sağlamlığına qovuşacaq
Saçların sağlam və gur olması üçün kifayət qədər vitamin və mikroelementlər tələb olunur:
Dəmir, A vitamini, B qrupu vitaminləri, xüsusilə В6 və В12, D vitamini, Omeqa-3 yağ turşuları, Sink, Selen və Maqnezium.


Sağlam qidalanmaya baxmayaraq, saçlar tökülməyə və solğunlaşmağa davam edirsə, bu, daxili orqanların xəstəlikləri ilə bağlı ola bilər. Məsələn, tiroid vəzi. Bu halda həkimə müraciət etmək lazımdır.

Bu qidalar sayəsində saçlarınızın sağlamlığının qeydinə qala bilərsiniz.

1. Qoz
Araşdırmalar göstərib ki, Omeqa-3 və Omeqa-6 yağ turşuları saç tökülməsinin qarşısını alır və onların artımını stimullaşdırır. Bundan başqa, qoz yağı baş dərisi və saç folekulları üçün təbii elementdir. Qoz B və E vitamini, həmçinin sinklə zəngindir. E vitamini saç üçün xüsusilə faydalıdır, o baş dərisinin iltihablanmasının qarşısını alır və hüceyrələrin sağlam qalmasına kömək edir.

2. Stridiya
Araşdırmalara görə, yer üzündə insanların 80% -i dəmir çatışmazlığından əziyyət çəkir. Hətta dəmir səviyyəsinin çox az dəyişməsi də saçlara mənfi təsir göstərə bilər. Dəmirin ən zəngin mənbələri bunlardır: qırmızı ət, göyərti, taxıl məhsulları, paxla və yumurta. Amma onun ən güclü mənbəyi stridiyadır. Onların hər birində 4,5 mq dəmir və 14 mq sink var.

3. İspanaq
İspanaq da əla dəmir mənbəyidir. Bundan başqa, o, fol turşusuyla, A və C vitaminləriylə zəngindir, Sonuncu saçların möhkəmlənməsi və kollagen sintezi üçün vacibdir.

4. Mal əti
Qırmızı ət Omeqa-3, dəmir və yağ turşularıyla çox zəngindir. Bir kiçik porsiyada 2 mq dəmir, 6 q faydalı doymamış yağlar və 22 q zülal var.

5. Yumurta
Zülal və biotin mənbəyi olan yumurta saç üçün çox vacibdir. Bundan başqa, onda D vitamini olur.

6. Qızıl balıq
Yağlı balıq Omeqa-3, zülalla, D vitamini ilə və yağlı turşularla zəngindir. Bu komponentlər baş dərisinin vəziyyətini yaxşılaşdırır və saçların yaxşı görünməsini təmin edir.
Print Email
FaceBook Twitter Google