5 yaşlı balaca modelin uğurları

5 yaşlı Rüqeyya Qerekmezli artıq iki ildir ki, moda ilə məşğul olur. Rüqeyyanın 5 yaşı olmasına baxmayaraq bir çox moda layihələrində iştirak edib və 1-ci yerin qalibi olub.


2018-ci ildə isə o, Batumi, İstanbul və Bakı şəhərində keçirilən moda yarışmalarına təklif alaraq yarışmanı uğurla başa vurub. 2018-ci ilin növbəti uğuru isə 7 dekabr tarixində Rüqeyyanın Azərbaycanda keçirilən və bir çox tanınmışların da iştirak etdiyi "İlin 2018 Favoriti" milli mükafatının təqdimatına qatılması ilə olub. O, mükafatlandırma gecəsində "İlin 2018 Favoriti" milli mükafatına layiq görülüb. Rüqeyya yeganə Gürcüstanlı az yaşlı olaraq özündən yaşca böyük tanınmış sənətçilərin yanında yer alıb.

Rüqeyya Qerekmezli Gürcüstanda "Katrini Model Agency" tərəfindən keçirilən "Top Children of Georgia", "Too Teen Model of Georgia" adlı yarışmalarda 1-ci yerin qalibi olub. O, həmçinin Dünya model yarışmasına da dəvət alıb və yanvar ayının 8-dən başlayaraq dünyanın bir çox ölkələrində iştirak edəcək.



Qeyd edək ki, 5 yaşı olmasına baxmayaraq Rüqeyya iki taca sahibdir.



 

Print Email
FaceBook Twitter Google