Kirovka kəndində qətl hadisəsi baş verib
Marneuli rayonunun Kirovka
kəndində qətl hadisəsi baş verib.
Əldə olunan məlumata görə, kənd sakini N.M. təxminən 3-4 gün əvvəl
birgə yaşadığı atasının bacısı B.M.-ni qətlə yetirərək evlərinin
zirzəmisində gizlədib. Bu günlər ərzində soruşan olduqda isə onun
Marneulidə işlədiyini deyirmiş.
Kənd sakinlərinin bildirdiyinə görə, hadisənin üstünün açılacağını
hiss etdikdə isə, cinayətdə şübhəli bilinən N.M. kənddən qaçaraq
gizlənib.
Mərhumun cəsədini bu gün səhər saatlarında qonşuları tapıblar.
Mərhumun evinin həyətində çuxur da qazılıb. Güman ki, cinayəti
törətməkdə ittiham olunan N.M. cəsədi basdırmaq istəyib.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları çağırılıb.
Cəsəd ekspertiza üçün meyitxanaya aparılıb.
Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna faktı
təsdiqləyiblər. Nazirliyin verdiyi məlumata görə, cinayəti
törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyənləşdirilib. Bu
əvvəllər də məhkum olmuş N.M.-dir. Qətlin səbəbi barədə məlumat
veirlimir. Hadisə illə bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən
adam ölddürməni nəzərdə tutan 108-ci maddəsi ilə istintaq
başlayıb.
“Marneuli” radiosu