Şovidə itkin düşmüş 24 yaşlı kişini 9 gündür axtarırlar
Racada, Şovidə itkin düşmüş 24 yaşlı kişini doqquzuncu gündür ki, axtarırlar. Fövqəldə Halların İdarəsi Xidmətindən On.ge-yə məlumat veriblər ki, axtarış işləri hələ də davam edir.

Kişinin yoxa çıxması haqqında xidmətə məlumat 14 yanvarda verilib. Şovidə mehmanxanaların ətraf ərazisində baş tutan “Qar festivalının” təşkilatçısı Malxaz Metrevelinin sözlərinə görə, sonuncu dəfə itgin düşən şəxs festival ərazisində 12 yanvarda görünüb.

Mənbə: On
Print Email
FaceBook Twitter Google