Şovidə itkin düşmüş 24 yaşlı kişini 9 gündür axtarırlar
16:17 / 22.01.2019
Racada, Şovidə itkin düşmüş 24 yaşlı kişini
doqquzuncu gündür ki, axtarırlar.
Fövqəldə Halların İdarəsi Xidmətindən On.ge-yə
məlumat veriblər ki, axtarış işləri hələ də davam edir.
Kişinin yoxa çıxması haqqında xidmətə məlumat 14 yanvarda verilib.
Şovidə mehmanxanaların ətraf ərazisində baş tutan “Qar
festivalının” təşkilatçısı Malxaz Metrevelinin sözlərinə görə,
sonuncu dəfə itgin düşən şəxs festival ərazisində 12 yanvarda
görünüb.