16 fevral üçün ulduz falı
Qoç - Çətin olacaq. Yaranan problemlər və formalaşan çətinliklər mürəkkəbdir. Onları çözmək üçün baş sındırmalı olacaqsınız. İşdə rəhbərliklə fikir ayrılıqları yarana bilər. Dövlət qurumlarının nümayəndələri ilə təmaslarda diqqətli olun.

Buğa - Maraqlı, əlverişli və məhsuldar gündür. İstənilən, hətta ən çətin işə başlaya bilərsiniz. Bilik və bacarıqlarınızdan yararlanın. Yalnız kəskin zərurət yarananda yardım üçün dostlara müraciət edin. Tanışlar və ya tərəfdaşlar sizə dəstək verə bilərlər. İndiyədək bədxahlarınızın yanında olan şəxs müttəfiqinizə çevrilə bilər.

Əkizlər - Aktiv və enerjili olun. Hər şey istədiyiniz kimi getməsə də, hadisələrin axarını dəyişərək məcrasına müdaxilə etməyə çalışmayın. Situasiya ilə barışın, şanslar və imkanlardan yararlanın. Mənasız, heç bir əsası olmayan məsrəflər etməyin.

Xərçəng - Ehtiyatlı və sayıq olun. Xoşagəlməz hadisələrin yaşanma ehtimalı böyükdür. Eksperimentlər etməyin, riskə aludə olmayın. Bu minvalla təhlükəsizliyinizi təmin etmiş olarsınız. Uzun səfər üçün əlverişli gün deyil. Ekstremal hisslər sizi düşünülməmiş addımlar atmağa vadar etməsin. 

Şir - Tələsməyin, düşünülməmiş addımlar atmayın. Təmkinlə davransanız, faydalı işlər görərək yaxşı nəticələr əldə edə bilərsiniz. Başqasının dediklərindən daha çox, öz fikirlərinizə bel bağlayın. Yaranmış situasiyada necə davranacağınızı müəyyənləşdirin. Yaxın ətrafınızdakı insanlar bunu dəqiqləşdirə bilmirlər.

Qız - Asan uğurlar və xoş qələbələr günüdür. Yaranan problemlərin öhdəsindən gələcəksiniz. İndiyədək həllolunmaz sayılan çətinlikləri çözmək şansları artır. Yeni təcrübə və bilik əldə etmək imkanı yaranır. Əldə etdiyiniz biliklərdən yararlanmağın yolunu tapın.

Tərəzi - Günün ilk yarısında peşəkar fəaliyyət müstəvisi və maliyyə sahəsindəki məsələləri həll edə bilərsiniz. Dəqiq fəaliyyət planı hazırlayın. Sonradan həmin planı addım-addım reallaşdırın, hər mərhələni uzun müddət təhlil etməyin. Çox maraqlı işgüzar təkliflər ala bilərsiniz. L

Əqrəb - Səhhətinizə fikir verin. Bu günün riskləri çoxdur. Zərərli vərdişlərdən əl çəkin, düzgün qidalanın. İstənilən fəaliyyət sahəsində ifrata varmayın, izafi işlərlə özünüzü yormayın. Mümkünsüzü özünüzdən tələb etməyin.

Oxatan - Gözlənilməz və qəfil hadisələrlə dolu gündür. Bir məqamda anlayacaqsınız ki, artıq heç nəyə təəccüblənmirsiniz. Uzaqdan gələn xəbərlər sizi təlaşa sala bilər. Fəqət, soyuqqanlı və təmkinli davranın. Dürüst qərarları sürətlə qəbul edin, planlarınızı korrektə edin. Ehtiyac varsa, fəaliyyət istiqamətində dəyişikliklər edə bilərsiniz.

Oğlaq - Asan olmayan, amma məhsuldar və maraqlı gündür. Başladığınız bütün işlərdə uğura nail ola bilərsiniz. Peşəkar qabiliyyət və bacarıq imkanlarınızı artırmaq şanslarını əldən verməyin. Dünyagörüşünü artırın. Bir daha sübut edin ki, işinizi bilən adamsınız. Təmkinli və səbirli olsanız, rəqibləri üstələyə bilərsiniz.

Dolça - İşgüzar maraqların şəxsi işlərlə bağlı olduğu gündür. Yaşamınızda ciddi dəyişikliklərə səbəb olacaq hadisə baş verəcək. İşdə rəhbərliklə münasibətlərdə sayıq, sərvaxt olun. Peşəkar fəaliyyət sahəsində irəliləyiş olacaq. İnkişaf üçün yeni imkanlar yaranır.

Balıqlar - Qələbə uğrunda mübarizə aparmaq gərəkdir. Qələbələr asanlıqla əldə olunur. Nikbin olun, ruhdan düşməyin. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əzmlə irəliləyin. Günün ikinci yarısında köhnə tanışlar özlərini xatırladacaqlar. Baş verənləri təhlil edin.
Print Email
FaceBook Twitter Google