Gürcüstan İqtisadiyyat naziri Qiorqi
Kobulianın dediyinə görə, Gürcüstana qaz yalnız Azərbaycandan idxal
olunmamalıdır və ölkə Rusiyadan da “bir az” qaz
almalıdır.
Bu
barədə nazir “İmedi” televiziyasının canlı efirində bildirib.
“Bunun bizim əhali və bizim şirkətlər, bizim bizneslərə
çox böyük faydası olacaq. Çünki minimal rəqabət yaranacaq ki, bu da
əlbəttə ki, qiymətlərə təsir edəcək”, – nazir
bildirib.
O, hesab edir ki, Gürcüstan “Qazprom” üçün kommersiya baxımından
səmərəli deyil və “bizim buna daha çox ehtiyacımız var, nəinki
“Qazprom”un bizə”.
“Buna görə də “Qazprom”un bunda heç bir marağı
yoxdur... Mən bizim müəyyən miqdarda idxal etməyimizdə böyük risk
görmürəm, çünki bu enerji təhlükəsizliyi və müstəqillik
çərçivəsində baş verməlidir”, – Kobulia deyilir.
Gürcüstan İqtisadiyyat nazirinin dediyinə görə, “Qazprom”un qazının
Gürcüstan üzərindən nəqli qiymətlərinin artırılması istiqamətində
də işlər aparılır.