Vəkil – bizim əsas məqsədimiz odur ki, Malxaz Kubauriyə təcavüz və qətl baxımından bəraət qazandırılsın
12:40 / 18.02.2019
Smitlər
ailəsinin qətli işində artıq 14-dən 12 and içən hakimlər seçilib –
bu haqda jurnaistlərə mətbuat konfransında Smitlər ailəsinin
qətlində ittiham olunan Malxaz Kubaurinin vəkili Aleksandre
Kobaidze bildirib.
Onun sözlərinə görə, məhkəmə prosesi martın ilk tarixlərindən
başlayacaq.
“And içən hakimlərin seçimini demək olar başa vurduq,
14 and içən hakimdən 12-ni seçmişik. Ancaq 3 nəfər yenə seçməyi
planlaşdırırıq, çünki seçilənlərdən birinin sağlamlıqla bağlı
problemi var və özümüzü sığortalamaq istəyirik. Bu çətin prosesdir.
Söhbətə təqribən 1000 kişi çağırılmışdı və bunda yalnız 12 nəfər
seçildi. Məhkəmədə müzakirə, böyük yəqinliklə onun niyə polisə
xəbər verməməsi ilə bağlı da gedəcək. And içən hakimlər bunu da
müzakirə etməli olacaqlar. Müdafiə tərəfinin əsas məqsədi odur ki,
təcavüz və qətl baxımından ona bəraət qazandırsınlar.
ABŞ konsulluğu bildirib ki, məhkəmə proseslərində iştirak etmək
istəyir, bu çox yaxşıdır. Bu göstərir ki, onlar bizim arqumentlərə
etibar edirlər. Mən konsulluqdan razılıq aldım və güman ki, apreldə
ABŞ-a səfər edəcəm. Mən Rayan Smitin qardaşı ilə söhbət etdim və o,
görüşməyə hazırdır” - Kobaidze bildirib.
Xatırladaq ki, prokurorluq Xada xiyabanında baş vermiş qətldə
ittiham olunan 19 yaşlı çoban, Malxaz Kobaurinin ittihamını
ağırlaşdırıb. Prokurorluğun məlumatına görə, Kobauri Lora Cio
Smitin təcavüz və təhqiredici şəkildə öldürülməsində ittiham
olunur. Ona qədər Malxaz Kobauri Rayan Maykl Smit və onun azyaşlı
evladı Kaleb İsmat Smitin ağır vəziyyətdə törətdiyi qətlində
ittiham olunurdu.
Xatırladaq ki, Malxaz Kobauri üş şəxsin qəsdən öldürülməsində,
törətdiyi xüsusi qəddarlıqda, başqa cinayətin törədilməsinin
asanlaşdırılması və örtülməsi məqsədi ilə cinayətkara əvvəlcədən
məlum olmaqla yetkinlik yaşına çatmamış şəxsə qarşı, eləcə də Lora
Coi Smitə təcavüz edilməsində ittiham olunur. Cinayətlər Gürcüstan
CM-nin 109-cu maddəsinin birinci hissəsinin "q", 2-ci hissəsinin
"b" və üçüncü hissəsnin "a" və "b" altbəndlərini və 137-ci maddənin
birinci hissəsini nəzərə almaqla cəza olaraq 16 ildən 20 ilə qədər
və ya daimi azadlıqdan məhrum edilməni nəzərdə tutur.