Hazırda dünyada ən təhlükəli xəstəliklərdən birincisi xərçəngdir.
Hətta əvvəlki illərə nisbətən yaşlı əhali arasında xərçəngə daha
çox rast gəlinirdisə, son zamanlar bu yaş getdikcə cavanlaşır və
uşaqlar arasında da sürətlə yayılır. Xəstəliyin səbəbləri isə
müxtəlifdir. Həmin səbəblər arasında düzgün qidalanmamaq da var.
Halbuki düzgün qidalanmaqla xərçəngdən qorunmaq mümkündür. Ailem.az
sizə xərçəngdən qoruyan qidalar barədə məlumat verir.
Göbələk, yulaf və taxıl məhsulları
Sadalanan məhsullar xolesterolun düşməsinə və arıqlamağa yardımçı
olur. Bundan əlavə yoğun bağırsaq və mədə xərçənglərindən
qorunmaqda təsirlidir. Yulafın həftədə 2-3 dəfə müxtəlif meyvələr
və qatıqla istifadəsi həm immunitet sistemini, həm də həzm
sistemini dəstəkləməyə kömək olur.
Qırmızı, bənövşəyi rəngli meyvələr
Böyürtkən, qarağat, qara üzümün çəyirdəyi, qara gavalı kimi tünd
bənövşəyi meyvələrin tərkibində olan maddələr hüceyrələrin yaşam
müddətini uzadır. Gündəlik meyvə istifadəsinin 1-2 porsiyasının bu
meyvələrə ayrılması həmçinin ürək və damar xəstəlikləri ilə
qaraciyər, öd yolları, döş, bağırsaq kimi xərçəng növlərinə qarşı
riski minimuma endirir.
Sarıkök xərçəngdən qoruyur
Sarıkök yaxşı bir iltihab aparıcıdır. Bu özəlliyi ilə xərçəngə
qarşı qoruyucu olduğu düşünülür. Toz və ya təzə halı ilə gündəlik
qidalanmaya əlavə edilə bilər. Pomidor, qarpız və ərik prostat
xərçəngindən qoruyur. Bu qırmızı və narıncı meyvə-tərəvəzin
tərkibindəki likopen qüvvətli bir antioksidantdır. Prostat və
uşaqlıq yolu xərçənginə qarşı qoruyucudur.
Süd və süd məhsulları
Qatıq, süd, ayran, pendir və kərə yağı kimi süd məhsulları ilə
aspir yağında olan konjuge linoleik turşusu (CLA) şişmanlıq,
yağlanma, diabet və xərçəng riskini azaldır. Gündəlik istehlak
miqdarlarında həddindən çox olmamaq şərti ilə istifadə edilən süd
məhsulları immunitetin güclənməsinə də fayda verir.
Sarımsaq
Sarımsağın içində bol olan alil sülfür DNT zədələrini aradan
qaldırma, immuniteti artırma və xərçəngə səbəb ola bilən sərbəst
radikalların təsirlərini azaltma ilə xüsusiyyəti ilə önə çıxır.
Sarımsaq, mədə, prostat və yoğunn bağırsaq xərçənglərinə qarşı
qoruyucudur. Mümkün olduğu qədər çiy istifadə etməyə çalışmaq
faydalı maddələrin qorunması baxımından önəmlidir. Bununla yanaşı
brokoli kimi sülfürlü birləşmələr və selenium tərkibli qidalar də
xərçəngə qarşı qoruyur.
Balıq, kətan toxumu və qoz ilə sağlam olun
Balıqlarda bol olan Omega-3 kətan toxumu və qozda da var. Döş,
yoğun bağırsaq və prostat xərçənglərinin inkişaf riskini azaldır.
Həftədə 2-3 dəfə balıq yemək Omega-3 baxımından əhəmiyyətlidir.
Balığın qızartmasındansa buğlama formasında bişirilməsi daha da
faydalı olur.