“İnsan hüquqularının tədrisi və mintorinq Mərkəzi” (EMC) yerli
müsəlmanların adı ilə, Moxe tarixi məscidinin
işi ilə bağlı Beynəlxalq məhkəməyə - BMT-nin insan hüquqları
komitəsinə şikayət edib.
Təşkilat komitədən qeyri-dominant dini qrupa qarşı diskriminasiya
siyasətinə görə, BMT-nin mülki və siyasi hüquqları haqqında faktın
müvafiq maddəsinin pozulmasının dəqiqləşdirilməsini tələb edir.
EMC-nin bəyənatında deyilir ki, komitə qarşısında şikayətçilərin
xeyrinə qərar verildiyi halda, dövlətə qeyd veriləcək ki,
bərabərliyin mühafizəsi prinsipinə əsaslanan siyasət işləsin və
beləcə instutisional səviyyədə dini tikili ilə bağlı qərar qəbul
edilməsinin ədalətli mexanizminin fəaliyyət göstərməsi təmin
olunacaq.
Moxedə yerləşən tarixi tikilinin verilməsini yerli müsəlman icması
illərdir ki, dövlətdən istəyir. 2014-ci ilin 18 oktyabrında yerli
hakimiyyət binada təmizləmə işlərinin həyata keçirilməsinə və
demontaja başlayıb. Yerli hakimiyyətin bu qərarı yerli
müəslmanların etirazına səbəb olub və məsələ onlardan 14 nəfərin
saxlanılması ilə bitib.