EMC Moxedə məscid məsələsi ilə bağlı BMT-nin İnsan Hüquqları Komitəsinə şikayət edib
“İnsan hüquqularının tədrisi və mintorinq Mərkəzi” (EMC) yerli müsəlmanların adı ilə, Moxe tarixi məscidinin işi ilə bağlı Beynəlxalq məhkəməyə - BMT-nin insan hüquqları komitəsinə şikayət edib.

Təşkilat komitədən qeyri-dominant dini qrupa qarşı diskriminasiya siyasətinə görə, BMT-nin mülki və siyasi hüquqları haqqında faktın müvafiq maddəsinin pozulmasının dəqiqləşdirilməsini tələb edir.

EMC-nin bəyənatında deyilir ki, komitə qarşısında şikayətçilərin xeyrinə qərar verildiyi halda, dövlətə qeyd veriləcək ki, bərabərliyin mühafizəsi prinsipinə əsaslanan siyasət işləsin və beləcə instutisional səviyyədə dini tikili ilə bağlı qərar qəbul edilməsinin ədalətli mexanizminin fəaliyyət göstərməsi təmin olunacaq.

Moxedə yerləşən tarixi tikilinin verilməsini yerli müsəlman icması illərdir ki, dövlətdən istəyir. 2014-ci ilin 18 oktyabrında yerli hakimiyyət binada təmizləmə işlərinin həyata keçirilməsinə və demontaja başlayıb. Yerli hakimiyyətin bu qərarı yerli müəslmanların etirazına səbəb olub və məsələ onlardan 14 nəfərin saxlanılması ilə bitib.

Mənbə: Netgazeti
Print