Vakedə qətlə yetirilmiş qadın qətldən bir neçə saat əvvəl kömək üçün polisə müraciət edib
Vakedə qətlə yetirilmiş 25 yaşlı qadın və anası qətldən bir neçə saat əvvəl kömək üçün polis şöbəsinə müraciət edib. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayıb.
“Artıq cinayətkarın kimliyi məlumdur və onun saxlanılması üçün operativ axtarış tədbirləri davam edir. Qətldən bir neçə saat öncə qətlə yetirilmiş T.Q. və onun anası polis şöbəsinə gəliblər və cinayətkarın həbsi üçün order verilməsini tələb ediblər. Polis müvafiq reaksiya göstərib.

T.Q. şəxsi işlərinə görə, polis idarəsini tək, anasından əvvəl tərk edib.” – DİN-nin bəyanatında bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatına görə, polisə qətllə bağlı məlumat orderin çıxarılmasından bir az sonra daxil olub. Polislər hadisə yerinə gedəndə T.Q. artıq dünyasını dəyişibmiş.

DİN-in məlumatına görə, 13 aprel tarixində Vakedə baş vermiş qətl faktı ilə bağlı intensiv axtarış fəaliyyətləri həyata keçirilir.

Print