Parlament “Dini hisslərin təhqir olunması”nın qarşısını almaq üçün işçi qrup yaradır
Parlament “Dini hisslərin təhqir olunması”nın qarşısını almaq üçün işçi qrup yaradır.
Parlamentin İnsan Hüquqlarının Qorunması Komitəsi Emzar Kvitsiani tərəfindən irəli sürülmüş “Dini Hisslərin Təhqir Olunması Haqqında” qanun layihəsinin daha da təkmilləşdirilməsi üçün işçi qrup yaradacaq. Bu haqda komitənin həmin təşəbbüsü müzakirə etdiyi bu günkü iclasında məlum olmuşdur.

Qanun layihəsinə görə, “Dini Hisslərin Təhqir Olunması” cəzalandırılacaq və qanunu pozan üçün cərimə və ya həbs cəzası nəzərdə tutulub. İnsan Hüquqlarının Qorunması Komitəsinin iclasda iştirak edən üzvləri ideya səviyyəsində təşəbbüsü dəstəkləyiblər.

Parlamentin İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədri Sofo Kiladze hesab edir ki, dini baxımdan insanın təhqir olunmasına hüquqi cəhətdən nəzarət olunmalıdır:

“Din və daxili inam adlandırdığımız məsələlərlə bağlı bir-birini təhqir etmək yolverilməzdir. Buna görə də insanların bir-birini təhqir etməmələri və bunun qanunla nəzərdə tutulmasının tərəfdarıyam”, - deyə Kiladze komitənin iclasında bildirib.

Qedevan Popxadze də təşəbbüsü ideya səviyyəsində dəstəkləyib.

Bununla belə deputatların qanun layihəsinin müəllifləri Zviad Tomaradze və Emzar Kvitsianiyə gözləntiləri barədə sualları da var idi. Dini hisslərin və onun təhqir olunmasının nə demək olması və bütün bunların dəyərləndirilməsi üçün test, yəni obyektiv meyarlar necə müəyyənləşdiriləcək.

Zviad Tomaradze komitənin iclasında təsdiq etdi ki, bütün bunların müəyyənləşdirilməsi çətindir və müəyyən risklər mövcuddur. Lakin onun dediyinə görə, eyni şeylər Mülki Məcəllədə mövcud olan şərəf və ləyaqətin təhqir olunması maddəsi ilə bağlı da demək olar. Bu maddə təcrübədə də işləyir. Sofo Kiladze onunla razılaşmadı və dedi ki, Mülki Məcəllənin standartları başqadır və həbsi nəzərdə tutan cinayət hüüququ və normalarinın standartları başqa.

“Məhkəmə təhqir edici sölərin [nə olduğunu] bilmir? Əgər lazım gəlsə belə sözləri yazarıq”, - deyə Emzar Kvitsiani deyib.

“Niyə elə düşünürsünüz ki, mənim, sizin əziz Patriarxın təhqir olunmasını sona qədər izləməyə və dinləməyə səbrimiz çatmalıdır, ayıb deyil? Qanun qəbul etməliyik”, - deyə Emzar Kvitsiani bildirib. Buna qədə o, “Dini hisslərin təhqir olunması” üzündən dünyada baş verən terror hadisələri barədə söhbət açdı və dedi ki, bu baxımdan qanun-qaydanın yaradılması təhlükəsizliyə də kömək edəcək.

Kvitsianinin məlumatına görə, Sxaltinin baş yepiskopu Spiridon qanunda xüsusi istisnaların olmasını tələb edir.

“Möhtərəm Spiridon mənə zəng etdi. Uzun söhbət etdik. Mütləq nəzərə alınacaq qeydləri oldu. Bu xütbələr zamanın müqəddəs atanın və ya digər dinlərin nümayəndələrinin nə dediyinə aid olmamalıdır. Xütbələr zamanı müəlman və xristian arasında, katolik və pravoslav arasında müxaliflik olur, bu təhqir sayılmamalıdır. Bu adi haldır... Müqəddəs ata xütbə oxuyursa, bu təhqir deyil, təhqir bizim müqəddəslərimizin, çarlarımızın təhqir olunmasıdır. Burada başa düşülməyəcək nə var?”, - Kvitsiani deyib.

Sofo Kiladze qanun layihəsini səsvrməyə qoymayıb və deyib ki, işçi qrup yaradılmalıdır və bu qrupa müxtəlif dinlərə mənsub insanlar daxil olmalıdır. Onun dediyinə görə, Pparlament elə qanun qəbul etməlidir ki, Konstitusiya Məhkəməsi sonradan ləğv etməsin. Kiladze şübhə etmir ki, bu qanun qəbul ediləndən dərhal sonra Kontitusiya Məhkəməsinə müraciət olunacaq.

Bu dini hisslərin təhqir olunmasının qadağan olunması qanun layihəsinin qəbul edilməsinə 2013-cü ildən bəri artıq üçüncü cəhddir. Əvvəlki iki cəhd uğursuz olmuşdu. Bu ilin mart ayının 20-də yayılmış bəyənatda dini hisslərin qorunmasının təmin olunmasını Patriarxlıq da tələb etmişdi.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google