Keçmiş müdafiə naziri Tina
Xidaşelinin qardaşı Mişa Xidaşeli Daxili İşlər Nazirliyinə
çağırılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, o, istənilən
vaxt ofisə gələ bilər.
Zaza Saralidzenin dostu Zviad Kuprava parlamentin qarşısındakı
mitinqdə Dövlət Təhlükəsizlik Xidmətinin təxribat planladığını
söylədi. Kupravanın sözlərinə görə, Zaza Saralidzeni yaralamaq və
s. baş verə bilər. Kupravanın sözlərinə görə, keçmiş yüksək rütbəli
rəsmilərə mümkün təxribat barədə məlumat verilib. Kupravanın
sözlərinə görə, DTX-in keçmiş yüksək vəzifəli əməkdaşının söhbəti
telefonla videoya çəkilib. O, DTX-nə müraciət edərək, şəxsin
sorğu-sual edilməsi üçün istintaq başlatmağa çağırıb.
Zviad Kupravanın sözlərinə görə, o, Daxili İşlər Nazirliyi ilə
əməkdaşlıq etməyə və videonu təqdim etməyə hazırdır.
DTX-nə görə, Kupava tərəfindən adı çəkilən şəxs Mişa Xidaşeli heç
vaxt dövlət idarəsində işləməmişdir.
Kuprava bu məlumatları danışan ərəfədə, Daxili İşlər Nazirliyi
Saralidzenin həyatı üçün real təhlükə olduğunu bəyan edib. Nazirlik
Zaza Saralidzeyə mühafizə təklif edib, o, isə bundan imtina
edib.
Mayın 31-də Tbilisi şəhər məhkəməsi Xorova küçəsində Levan
Dadunaşvilinin qətlinə dair hökm çıxardı. Eyni münaqişə zamanı
öldürülən Davit Saralidze haqqında isə, hakim "qəsdən adam öldürmə"
ittihamını "qəsdən adam öldürməyə təşəbbüs" ittihamı ilə əvəz edib.
Müvafiq olaraq yeniyetmə davit Saralidzeni kimin qətlə yetirildiyi
hələ məlum deyil.
Məhkəmə qərarlarını elan etdikdən sonra öldürülən Zaza
Sarlidzenin atası və onun tərəfdarları Prokurorluq qarşısına gəlib
və etiraz aksiyası keçirib. Davit Saralidzenin atası bəyan edir ki,
oğlunun qatilləri saxlanılanadək və prokurorlar da daxil olmaqla
bütün günahkarlar cəzalandırılanadək etiraz aksiyalarını
dayandırmayacaq. Saralidze istintaqın yenidən aparılmasını tələb
edir.
Mənbə "netgazeti.ge"