Zəlzələ baş verən zaman necə hərəkət etnəliyik? - Fövqəladə
Halların İdarəsi Agentliyinə istinadən məsləhətlər təqdim edirik.
Zəlzələ - təbii səbəblərdən yaranmış yer kürəsinin səthinin
tərpənişi. Zəlzələlərin əksəriyyəti zəifdir, çox hallarda insanlar
tərəfindən hiss olunmur və heç bir zərərə səbəb olmur. Onlardan
bəziləri isə böyük fəlakətlər yaradır və bəzən qurbanlar olur.
Zəlzələnin gücü Rixter şkalası ilə ölçülür. Zəlzələ əsasən tektonik
proseslərlə yaranır. Zəlzələ zamanı uzun zaman toplanmış enerjinin
çıxması baş verir. Zəlzələnin gücü maqnitutla (dalğanın ümimi
enerjisi) və balla qiymətləndirilir. Balın çoxluğu dərinliyə və
maqnituta bağlıdır.
Zəlzələ zamanı necə hərəkət edək:
- Əgər zəif zəlzələdirsə qorxmayın, yaxşı olar ki, olduğunuz
yerdə qalasınız;
Güclü zəlzələ zamanı necə hərəkət edək, əgər
binadasınızsa:
- Təcili olaraq binanı pilləkanla və ya birinci mərtəbənin
pəncərəsindən tərk edin.
- İkinci mərtəbə və ya daha yuxarıdan binanı tərk etməyə cəhd
etməyin;
- Liftdən istifadə etməyin;
- Daxili divarın küncündə, qapının küncündə, söykənəcək dirəyin
yanında dayanın; Əgər bina köhnədirsə və divarlar etibarsızdırsa
çarpayının və ya masanın altına girin;
- Alışqandan istifadə etməyin;
Güclü zəlzələ zamanı küçədə olsanız necə hərəkət
etməlisiniz:
- Açıq yerə çıxın. Bina və elektrik cərəyanlarından uzaq
durun;
- Körpüdə və ya onun altında durmayın;