İslandiya “qlobal sülh indeksinə” başçılıq edir. Reytinq cədvəlində
ilk beşliyi Yeni Zelandiya, Avstriya, Portuqaliya və Danimarka
tamamlayır.
"Marneuli" Radiosu xəbər verir ki, 163 ölkədən ibarət siyahını
Beynəlxalq iqtisadiyyat və sülh institutu hazırlayıb.
Gürcüstan qonşu ölkələr arasında ən sülh sevər ölkədir. Siyahıda
Gürcüstan 102-ci yerdə qərarlaşıb.
BMT Təhlükəsizlik Şurasına daxil olan ölkələrdən Britaniya 57-ci,
Fransa 61-ci, Çin 122-ci, ABŞ 121-ci, Rusiya 154-cü yerdə
qərarlaşıb.
Reytinqdə ən axırınca yerdə vətəndaş müharibəsinin davam etdiyi
Suriya Ərəb Respublikası gəlir. Azərbaycan indeksə görə 132-ci
yerdə göstərilib. İran 131-ci, Ermənistan 120-ci, Türkiyə 149-cu,
Ukrayna isə 152-ci pillədə yer alır.
İndeks hazırlanan zaman 23 müxtəlif faktor nəzərə alınıb. Sənədin
müəllifləri qeyd edir ki, son on il ərzində dünyada sülh
göstəricisi ən aşağı səviyyəyə düşüb. Təkcə ötən il zorakılıqların,
o cümlədən müharibələrin qlobal iqtisadiyyata 14,8 trilyon dollar
ziyan vurduğu bildirilir.