Prezidentliyə namizəd ikinci tura
çıxdığı halda öz namizədliyini geri götürə bilməyəcək.
Seçki Məcəlləsinə əlavə olunan maddəyə əsasən ikinci turda
namizədliyin geri götürülməsi yolverilməz olacaq.
Bundan əlavə, dəyişikliklərə əsasən əgər birinci turda bütün
namizədlər namizədliyini geri götürsə və ya birinci turda yalnız
bir nammizəd iştirak edərsə və o, lazımi səs toplaya bilməzsə,
yenidən prezident seçkiləri keçiriləcək.
Seçki qanunvericiliyinə edilməsi planlanan dəyişiklikləri
Parlamentin hüquqi məsələlər komitəsi nəzdində yaradılmış işçi qrup
hazırlayıb və Parlament bürosunun ilk iclasında təqdim
ediləcək.
Qanun layihəsinin təşəbbüskarları Parlament üzvləri Qedevan
Popxadze, Davit Matikaşvili, Anri Oxanaşvili, Levan Qoqiçaişvili,
Eka Beselia və Nino Qoquadzedir.