Prezident seçkilərinin ikinci turunda namizədliyin geri götürülməsi mümkün olmayacaq
Prezidentliyə namizəd ikinci tura çıxdığı halda öz namizədliyini geri götürə bilməyəcək.
Seçki Məcəlləsinə əlavə olunan maddəyə əsasən ikinci turda namizədliyin geri götürülməsi yolverilməz olacaq.

Bundan əlavə, dəyişikliklərə əsasən əgər birinci turda bütün namizədlər namizədliyini geri götürsə və ya birinci turda yalnız bir nammizəd iştirak edərsə və o, lazımi səs toplaya bilməzsə, yenidən prezident seçkiləri keçiriləcək.

Seçki qanunvericiliyinə edilməsi planlanan dəyişiklikləri Parlamentin hüquqi məsələlər komitəsi nəzdində yaradılmış işçi qrup hazırlayıb və Parlament bürosunun ilk iclasında təqdim ediləcək.

Qanun layihəsinin təşəbbüskarları Parlament üzvləri Qedevan Popxadze, Davit Matikaşvili, Anri Oxanaşvili, Levan Qoqiçaişvili, Eka Beselia və Nino Qoquadzedir.

Mənbə: İnterPressNews
Print