Mirza Subeliani həbs cəzasına məhkum edildi
Mirza Subelianinin barəsində həbs qətimkan tədbiri seçilib, bununla da məhkəmə prokurorluğun tələblərini təmin edib.
Növbəti məhkəmə iclası 30 iyun tarixində keçiriləcək. Məhkəmə hesab edir ki, şahidlərə təzyiq göstərilməsi ehtimalı var və buna görə də ona qarşı həbs cəzası tətbiq olunmalıdır.

Mirza Subeliani Xorava küçəsində baş vermiş qətllə bağlı məlumat gizləməkdə ittiham edilir. DİN-in məlumatına görə, istintaqın bu mərhələsində müəyyən olunub ki, 1 dekabr 2017-ci ildə Mirza Subeliani qətl hadisəsinin şahidi olmuş və müttəhim statusuna malik qohumları Kalandia ailəsində olub və həmin vaxt qətldə ittiham olunan Q.C. da orada olub. Söhbət zamanı Xorava küçəsində baş vermi qətl və qətldə Q.C.-nin iştirak etdiyi Mirza Subelianiyə aydın oldub. O, isə bu barədə hüquq mühafizə orqanlarına xəbər verməyib. Faktla bağlı istintaq davam edir. Daxili İşlər Nazirliyi proses iştirakçılarına təzyiq göstərilməsinin qarşısının alınması və cinayətlə əlaqəsi olan digər şəxslərin müəyyən olunması üçün intensiv işlər aparır” – deyə nazirliyin bəyanatında deyilir.

Print Email
FaceBook Twitter Google