Ramazan ayı başa çatdıqdan sonra Pankisidə etiraz aksiyaları başlayacaq – Malxaz Maçalikaşvili
Ramazan ayı başa çatdıqdan sonra Pankisidə etiraz aksiyaları başlayacaq. Bu barədə Pankisidə keçirilən xüsusi əməliyyat zamanı həlak olmuş Temirlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili jurnalistlərə Rustaveli prospektində bildirib.

O, qeyd etdi ki, baş nazir məsələnin araşdırılacağını vəd edib, lakin bildirir ki, “Parlamentdə yaradılmış istintaq komissiyası Temirlanın adını ümumiyyətlə çəkmirlər”.

“Baş nazirlə görüşdə bütün tələblərimi bildirdim. Hakimiyyətin cinayəti qəbul etmələrini və Temirlanın günahsız olduğunu etiraf etmələrini tələb edirəm. Temirlanı qətlə yetiriblər, bundan heç bir yerə qaça bilmərik, bu reallıqdır. Bizdə terror aktı həyata keçiriblər. Mən terrorist deyiləm, terrorist onlardır. Ramazan ayı başa çatan kimi Pankisidə etiraz aksiyaları başlayacaq”, - deyə Maçalikaşvili bəyan edib və qeyd edib ki, aksiyalar Tbilisdə də davam edəcək.

Onun dediyinə görə, ədalətin bərpa olunması üçün bir yolları qalıb – küçəyə çıxmaq.

Print Email
FaceBook Twitter Google