Zaur Tabatadze bu gündən merin səlahiyyətlərini icra etməyə başlayır
Zaur Tabatadze bu gündən - 19 iyun tarixindən etibarən merin səlahiyyətlərini icra etməyə başlayır.
Bu barədə Marneuli Bələdiyyə Məclisi 18 iyun tarixində keçirdiyi növbədənkənar iclasda yekdilliklə qərar qəbul edib.

İclasda Rustavi şəhər məhkəməsinin cinayət işləri kollegiyasının 2018-ci il 14 iyun tarixli №10a–161–18(№031110618001) saylı işlə bağlı ilkin qərarı müzakirə olunub.

Məhkəmə Marneuli bələdiyyəsinin meri Temur Abazov barəsində həbs qətimkan tədbiri qərarı verib ki, buradan da irəli gələrək, “Yerli Özünüidarə Məcəlləsi”nin 56-cı maddəsinin 1-ci hissəsinin a) altbəndinə əsasən Temur Abazovun səlahiyyətləri dayandırılıb və həmin maddənin 4-cü və 5-ci hissələrinə müvafiq olaraq səlahiyyətlərin icrası merin birinci müavini Zaur Tabatadzeyə həvalə olub.

Print Email
FaceBook Twitter Google