Ünvansız atəş açaraq bir nəfərin ölümünə səbəb olan şəxs saxlanılıb – DİN
Daxili İşlər Nazirliyinin məlumatına görə, müttəhim 2 iyul tarixində Varketilidə yaşayış binasının pəncərəsindən ünvansız atəş açıb və güllə üzbəüz binada yaşayan bir nəfərə dəyərək öldürüb. Həmin cinayət üçün 7 ildən 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutulur.

Daxili İşlər Nazirliyinin məlumatına görə, müttəhim adına qeydiyyatda olan naqan sistemli odlu silahdan küçə istiqamətində ünvansız atəş açıb. Atəş nəticəsində üzbəüz binada yaşayan bir nəfər ürək nahiyəsindən xəsarət alıb və yerindəcə dünyasını dəyişib.

Hüquq mühafizəçiləri yaşayış binasında axtarış aparıblar. Cinayətdə istifadə olunmuş silah – naqan sistemli revolver, 14 güllə və bu silahdan atılmış güllənin gilizini maddi sübut kimi götürmüşlər. Cinayət məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə qəsdən adam öldürməni nəzərdə tutur.
Print Email
FaceBook Twitter Google