Ünvansız atəş açaraq bir nəfərin ölümünə səbəb olan şəxs saxlanılıb – DİN
Daxili İşlər Nazirliyinin məlumatına görə, müttəhim 2 iyul
tarixində Varketilidə yaşayış binasının pəncərəsindən ünvansız atəş
açıb və güllə üzbəüz binada yaşayan bir nəfərə dəyərək öldürüb.
Həmin cinayət üçün 7 ildən 15 ilədək azadlıqdan məhrumetməni
nəzərdə tutulur.
Daxili İşlər Nazirliyinin məlumatına görə, müttəhim adına
qeydiyyatda olan naqan sistemli odlu silahdan küçə istiqamətində
ünvansız atəş açıb. Atəş nəticəsində üzbəüz binada yaşayan bir
nəfər ürək nahiyəsindən xəsarət alıb və yerindəcə dünyasını
dəyişib.
Hüquq mühafizəçiləri yaşayış binasında axtarış aparıblar. Cinayətdə
istifadə olunmuş silah – naqan sistemli revolver, 14 güllə və bu
silahdan atılmış güllənin gilizini maddi sübut kimi götürmüşlər.
Cinayət məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır. Həmin
maddə qəsdən adam öldürməni nəzərdə tutur.