Rayan Smitin valideynlərinin Marneuli sakinlərinə məktubu
12 iyul tarixində Marneulidə Rayan, Lora və Kayleb Smitlər üçün mülki yas mərasimi keçirildi
Rayan və Loranın dostları Smit ailəsini yad etdilər. Smit ailəsinin yaxın dostu Mayk Lora, Kayleb və Rayan haqqında danışdı və qeyd etdi ki, onlar yalnız havasına-suyuna görə deyil, burada yaşayan insanlara görə bütün Marneulini sevirdi.

Mayk mülki yas mərasiminə toplaşanlara Rayanın valideynlərinin məktubunu oxudu. Məktubda yazılanları olduğu kimi sizə çatdırırıq.

“Marneuli Rayan, Lora və Kaylebin həqiqi evi idi. Bu qış Rayan, Lora və Kayleb üç ay Amerikada qaldılar, lakin onlar Marneuliyə, azərbaycanlı və gürcü dostlarının yanlarına qayıtmaq istəyirdilər. Onlar Marneulidə ev tikmişdilər və Kaylebi Marneulidəki azərbaycanlılar kimi böyütmək istəyirdilər.

Biz də sizlər kimi Rayan, Lora və Kaylrbi itirdiyimiz üçün çox üzülürük. Biz onların sevgisi üçün darıxacağıq. Hamınız İsanı Rayan, Lora və Kayleb tanıdığı kimi tanıyın. İndi onlar yəqin Cənnətdə İsa ilə görüşüblər. Mən və Bayron gələn ay Marneuliyə sizinlə görüşməyə gəlməyi ümid edirik. Hər bir ailəyə sevgi arzulayırıq. –

Rayanın vüqarlı valideynləri və sevimli Kaylebin nənə-babası Lin və Bayron”


12 iyul tarixində mülki yas mərasimi Rayan və Loranın yaşadığı evin qarşısında başladı. Daha sonra isə Marneuli sakinləri, Smit ailəsinin dostları və qeyri-hökumət təşkilatlarının nümayəndələri ictimai kitabxananın yerləşdiyi əraziyə, Smitlərin öz xərcləri hesabına Marneulidə uşaqlar üçün ilk meydançanı yaratmaq istədiyi yerə hərəkət etdilər.

“Marneuli” radiosu
Print Email
FaceBook Twitter Google