Rayan Smitin valideynlərinin Marneuli sakinlərinə məktubu
12 iyul tarixində Marneulidə Rayan, Lora və Kayleb Smitlər üçün
mülki yas mərasimi keçirildi
Rayan və Loranın dostları Smit ailəsini yad etdilər. Smit ailəsinin
yaxın dostu Mayk Lora, Kayleb və Rayan haqqında danışdı və qeyd
etdi ki, onlar yalnız havasına-suyuna görə deyil, burada yaşayan
insanlara görə bütün Marneulini sevirdi.
Mayk mülki yas mərasiminə toplaşanlara Rayanın valideynlərinin
məktubunu oxudu. Məktubda yazılanları olduğu kimi sizə
çatdırırıq.
“Marneuli Rayan, Lora və Kaylebin həqiqi evi idi. Bu
qış Rayan, Lora və Kayleb üç ay Amerikada qaldılar, lakin onlar
Marneuliyə, azərbaycanlı və gürcü dostlarının yanlarına qayıtmaq
istəyirdilər. Onlar Marneulidə ev tikmişdilər və Kaylebi
Marneulidəki azərbaycanlılar kimi böyütmək istəyirdilər.
Biz də sizlər kimi Rayan, Lora və Kaylrbi itirdiyimiz üçün çox
üzülürük. Biz onların sevgisi üçün darıxacağıq. Hamınız İsanı
Rayan, Lora və Kayleb tanıdığı kimi tanıyın. İndi onlar yəqin
Cənnətdə İsa ilə görüşüblər. Mən və Bayron gələn ay Marneuliyə
sizinlə görüşməyə gəlməyi ümid edirik. Hər bir ailəyə sevgi
arzulayırıq. –
Rayanın vüqarlı valideynləri və sevimli Kaylebin nənə-babası Lin və
Bayron”
12 iyul tarixində mülki yas mərasimi Rayan və Loranın yaşadığı evin
qarşısında başladı. Daha sonra isə Marneuli sakinləri, Smit
ailəsinin dostları və qeyri-hökumət təşkilatlarının nümayəndələri
ictimai kitabxananın yerləşdiyi əraziyə, Smitlərin öz xərcləri
hesabına Marneulidə uşaqlar üçün ilk meydançanı yaratmaq istədiyi
yerə hərəkət etdilər.
“Marneuli” radiosu