Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, Malxaz
Maçalikaşvilinin ərizəsinə dai istintaq CM-nin 18/323-cü maddəsinin
birinci hissəsi ilə gedir.
Pankisidə aparılan xüsusi əməliyyat zamanı öldürülmüş Temirlan
Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili DTX-nə bu gün 14
avqusta şahid statusu ilə gedib.
DTX-ə daxil olana qədər Malxaz Maçalikaşvili bildirib ki, 31 may
tarixində aksiyada edilmiş bəyənat emosional fonda edilibmiş.
31 mayda aksiyada Maçalikaşvili bildirib ki, onun və daha bir neçə
adam and içmişdik ki, DTX-nə getsinlər və özlərini partlatsınlar.
Ancaq gürcü xalqına olan sevgilərinə görə bu fikirdən
daşınıblar.
DTX bu bəyənata dair 12 iyunda istintaqa başlayıb.
Sonradan Maçalikaşvili öz bəyənatını izah edib:
“Mənim üçün onun terrorda günahlandırılması ölümdən
ağırdır. Bir il deyildi ki, uşaq cəmiyyətə çıxırdı, güclə həmin 14
000 larini toplamışdım ki, əməliyyat etdirdim, xalq arasına
çıxartdım. Bunlar götürdülər və yatağa saldılar, terrorda
günahlandırdılar. Bundan sonra mənə deyirlər ki, sən belə
bəyənatlar verirsən. Düşünmürlər ki, müsəlman şəxs hansısa sözü
dedisə ona quyruq taxacaqlar, bu yaxşı hərəkət deyil. Ola bilsin
duyğusal bəyənat oldu, mənim yerimə hamı belə edərdi. Amma bunu
mənim çeçen xalqım etmiş olsa mən özümü partladardım və onların min
nəfərini də Tamerlanımın dalınca göndərərdim. Amma mən bunu
Gürücstanda etməzdim və etmərəm də” – deyib Malxaz
Maçaikaşvili.