Qriqol Vaşadzenin bildirdiyinə görə, “Güc Birlikdədir” müxalifət
ittifaqı “narkobitkilərin” yetişdirilməsini qadağan edəcək
konstitusiya dəyişikliyi üçün imza toplamağa başlayır.
Bu haqda Vaşadze jurnalistlərə məlumat verib.
Həşişin yetişdirilməsi Gürcüstanda indi də qadağandır, lakin bu
qanun səviyyəsindədir. Vaşadze isə qadağanın Konstitusiya
səviyyəsində olmasını arzulayır.
Bundan əlavə Vaşadze hakim komandanın tibbi və kosmetik məqsədlə
həşiş istehsalının qanuniləşdirilməsinin nəzərdə tutan qanun
layihəsini geri çəkmələrini tələb edir.