Bu gün, 1 oktyabr tarixində "Vahid Milli Hərəkat" partiyasının
ofisində birifinq keçirildi.
Brifinqdə "Avropalı Gürcüstan" partiyasının Daştəpədən olan
üzüvləri partiyanı tərk edərək "Vahid Milli Hərəkat" partiyasına
qoşulduqlarını bildirdilər.
"Avropalı Gürcüstan" partiyasını tərk edən sakinlər bildirdilər ki,
həmin partiyada onları indiyə kimi aldadıblar. İndiyə qədər onlar
elə bilirlərmiş ki, "Avropalı Gürcüstan" partiyası ilə "Vahid Milli
Hərəkat" partiyası eynidilər.
Bu haqda brifinqdə "Avropalı Gürcüstan" prtiyasından proporsional
siyahı ilə 12 sırada qeydiyyatda olan Quliyev Niyazi bildirdi.
Xatırladaq ki, bu ilin oktyabrın 28-də Gürcüstanda sonuncu
prezident seçkiləri baş tutacaq.