Paytaxt meri Kaxa Kaladzenin bildirdiyinə görə, 10 oktyabr
2018-ci ilədək taksi kimi qeydiyyatdan keçmiş,
həmçinin texniki təftişdən keçmiş sürücülərə maşınlarını ağ rəngə
boyaması və salonun kimyəvi təmizləməsini həyata keçirməsi üçün
pulsuz vauçer veriləcək.
“Biz avtomobillərin boyanması ilə bağlı qərar qəbul
etdik. Lisenziyası olan sürücülərə maşınların boyanması üçün vauçer
verəcəyik. Onlar bir tetri də xərcləməyəcəklər” –
Kaxa Kaladze bildirib.
Paytaxt merinin dediyinə görə, bu vauçerlər üçün vəsait meriyanın
büdcəsindən xərclənməyəcək. Taksi sürücülərinə həmin vauçerləri iki
il müddətinə taksilərin üzərində reklam yerləşdirilməsi ilə bağlı
meriya tərəfindən elan olunmuş müsabiqədə qalib gəlmiş şirkət
verəcək.
Paytaxt merinin dediyinə görə, bir oktyabra olan məlumata əsasən 12
000-dək taksi qeydiyyatdan keçib.