Kutaisi parlamentinin qarşısında vətəndaşlar qanunvericilik
orqanının Kutaisidə saxlanılması tələbi ilə aksiya keçiriblər.
Aksiyada iştirak edən iştirakçılar əllərində yazılı banerlər
tutublar:
"Parlamenti Kutaisidə saxla", "Bizim gələcəyimiz
buradadır".
Aksiyanın təşkilatçılarından biri Xviça Vaşakhmadze Azadlıq radiosu
ilə söhbət zamanı deyib ki, aksiyanın məqsədi odur ki, hakimiyyətə
səhv etdiyini desinlər:
"Kutaisi üçün (parlament) statusunun götürülməsi şəhərin
inkişafının dayandırılması deməkdir. Hakimiyyət buna yol
verməməlidir. Hakimiyyət öz rahatlığının qayğısına qalmamalıdır.
Hakimiyyət şəhərlərin bərabər inkişafının qayğısına qalmalıdır.
Kutaisidən parlamentin Tbilisiyə keçirilməsi deməkdir ki, əhalinin
böyük hissəsi şəhəri tərk edəcək və Tbilisiyə
köçəcək".